Bakı. Trend:
"Fənərbağça" klubunun prezidenti Ali Koç, Joze Mourinyonun komandada qalacağını açıqlayıb.
Trend "SporX"ə istinadən xəbər verir ki, Koç, "Fənərbağça"da olduğu müddət ərzində Joze Mourinyo ilə yola davam etmək istədiklərini bildirib.
"Mən "Fənərbağça"da olduğum müddət ərzində Joze Mourinyonun göndərilməsi mümkün deyil," - deyə A.Koç vurğulayıb.
Qeyd edək ki, Joze Mourinyonun müqavilə müddəti mövsüm sonunda başa çatacaq.