...

"Barselona" qapıçısı Şensnı ilə bağlı qərarını verib

İdman Materials 19 Mart 2025 02:22 (UTC +04:00)
"Barselona" qapıçısı Şensnı ilə bağlı qərarını verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona" klubu polşalı qapıçı Voyçex Şensnı ilə bağlı qərarını verib və onu komandada saxlamağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

La Liqa nəhəngi, 34 yaşlı qapıçı ilə danışıqlara başlayıb və ona yeni müqavilə təklif edib. Şensnı isə klubda qalmağa müsbət yanaşır.

Qeyd edək ki, Voyçex Şensnı ötən ilin oktyabr ayında "Barselona"ya transfer olub. Təcrübəli qapıçı bu müddət ərzində Kataloniya təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb, 16 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər lenti

Xəbər lenti