...

Mateo Kovaçiç yayda "Mançester Siti"dən ayrıla bilər

İdman Materials 19 Mart 2025 07:19 (UTC +04:00)
Mateo Kovaçiç yayda "Mançester Siti"dən ayrıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiçin çıxışından məmnun deyil və klub onun yayda satılmasını planlaşdırır.

Trend xəbər verir ki, 31 yaşlı futbolçunun transferinə artıq maraq göstərən klub var. Madridin "Atletiko" klubu təcrübəli yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir və ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Mateo Kovaçiç 2023-cü ilin yayında "Mançester Siti"yə transfer olunub. Xorvatiya millisinin üzvü bu mövsüm komandanın heyətində 33 rəsmi oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti