Bakı. Trend:
UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Trend xəbər verir ki, Türkiyə yığması doğma meydanda Macarıstanla qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyənin qollarını Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi vurublar. Qonaqların yeganə qoluna isə Andraş Şafer imza atıb.
Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.