Bakı. Trend:
Kişi həndbolçular arasında keçirilən Azərbaycan Kuboku yarışına yekun vurulub.
Trend xəbər verir ki, AHF Arenada baş tutan final matçında “Bakı” və “Kür” komandaları üz-üzə gəlib.
İlk hissəni 11:10 hesabı ilə öndə başa vuran Mingəçevir təmsilçisi gərgin mübarizənin sonunda üstünlüyünü qoruyaraq 20:19 hesablı qələbə qazanıb və ölkə kubokuna sahib çıxıb.