Bakı. Trend:
Avqust ayında ölkə enerji sistemində 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-ə “Azərenerji” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Məlumatda qeyd olunur ki, cari ilin ötən 8 ayı ərzində isə 14,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.