Bakı. Trend:
2016-cı ilin yanvar-avqust ayları ərzində vergi daxilolmaları haqqında məlumat açıqlanıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, yanvar-avqust ayları ərzində Nazirliyin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,3 faiz əməl edilib.
Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.