...

Azsığorta şirkəti iri ödəniş edib

İqtisadiyyat Materials 4 Oktyabr 2016 11:20 (UTC +04:00)
Azsığorta şirkəti tərəfindən iri ödəniş həyata keçirilib.
Azsığorta şirkəti iri ödəniş edib

Bakı. Trend:

Azsığorta şirkəti tərəfindən iri ödəniş həyata keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ödəniş Daşınmaz Əmlakın İcbari Sığortası üzrə həyata keçirilib. Abşeron rayonu ərazisində fəaliyyət göstərən quşyetişdirmə sexlərinin birində baş verən yanğın nəticəsində, həmin sexin 1700 kv. m. sahəsinə külli miqdarda ziyan dəyib.

Müvaffiq dövlət orqanı tərəfindən, yanğının səbəbi kimi, elektrik xəttlərində yaranmış, qaza halı müəyyən olunub. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 200 000 manat sığorta ödənişi edib. Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında AZSIĞORTA şirkəti 4,9 mln. manatdan artıq sığorta ödənişi edib.

Onu da qeyd edək ki, bu il 10 illiyini qeyd edən AZSIĞORTA şirkəti, beynəlxalq reytinqə malik (Fitch ratings) ölkənin yeqanə universal sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti