...

Qara Dəniz Ticarət və İnkişaf Bankı sahibkarlar üçün təqdimat keçirəcək

İqtisadiyyat Materials 27 May 2017 14:03 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iyunun 13-də Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün təqdimat keçirərək bankın strategiyası və xidmətləri barədə ətraflı məlumat verəcək.
Qara Dəniz Ticarət və İnkişaf Bankı sahibkarlar üçün təqdimat keçirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iyunun 13-də Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün təqdimat keçirərək bankın strategiyası və xidmətləri barədə ətraflı məlumat verəcək.

Bu barədə Trend-ə Azpromo-dan məumat verilib.

QDTİB layihələrin orta və uzun müddətli maliyyələşdirilməsi, korporativ kreditəşdirmə, şirkətlərin kapitalında iştirak və eləcə də zəmanət təklif edir. Tütün məhsulları, araq və brendi, zərərli kimyəvi məhsullar, silah və qumar dövriyyəsi istisna olmaqla, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən şirkətlər QDTİB-in xidmətlərindən yararlana bilər.

Təqdimatdan sonra iştirakçılar biznes təkliflərini QDTİB-in nümayəndələri ilə müzakirə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti