...

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının regional iclasında təmsil olunur

İqtisadiyyat Materials 2 Oktyabr 2017 18:06 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa regional iclası keçirilir.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının regional iclasında təmsil olunur

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa regional iclası öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda nazir Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirin gündəliyinə BƏT-in Baş direktoru Qay Rayderin “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzədə əksini tapan məsələlərə dair çıxışların edilməsi, layiqli əməyin gələcəyinə, habelə miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışına, əmək sahəsinin idarə olunmasına dair müzakirələrin aparılması daxildir.

İclasda S.Müslümovun ölkəmizdə iqtisadi inkişaf prosesləri şəraitində sosial inkişafın dəstəklənməsi və BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması, əhalinin məşğulluq imkanlarının artırılması, BƏT-üçtərəflilik (tripartizm) prinsipi əsasında sosial dialoqun inkişaf etdirilməsi, BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrası və s. sahələrdə görülən işlərə və əldə olunan uğurlu nəticələrə, layiqli əməyin gələcəyi ilə bağlı yanaşmalara dair çıxışı nəzərdə tutulub.

S.Müslümovun tədbir çərçivəsində BƏT-in Baş direktoru ilə görüşü, habelə digər bir sıra görüşlər keçirməsi, əmək və məşğulluq sahəsində qarşılıqlı maraq doğuran məsələlərə və gələcək əməkdaşlığa dair müzakirələrin aparılması da səfər proqramına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti