...

"Azərbaycan Akkreditasiya Mərkəzi" EA-nın assosiativ üzvlüyünə qəbul ediləcək

İqtisadiyyat Materials 6 Noyabr 2017 12:26 (UTC +04:00)
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Avropa Akkreditasiya Təşkilatının (EA - European cooperation for Accreditation) assosiativ üzvlüyünə qəbul ediləcək.
"Azərbaycan Akkreditasiya Mərkəzi" EA-nın assosiativ üzvlüyünə qəbul ediləcək

Bakı. Trend:

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Avropa Akkreditasiya Təşkilatının (EA - European cooperation for Accreditation) assosiativ üzvlüyünə qəbul ediləcək.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin Avropa Akkreditasiya Təşkilatına üzvlüklə bağlı müraciətinə baxılıb. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının bu ay Berlin şəhərində keçiriləcək iclası zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

Avropa Akkreditasiya Təşkilatının (EA) tanınma sazişinə qoşulmaq isə hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsinin yekununda reallaşacaq. Bu üzvlük xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, akkreditasiya nəticələrinin beynəlxalq tanınması, həmçinin milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institutsional islahatların aparılması, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələləri təmin edəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən, Komitə tərəfindən təsis edilmiş bu sahədə milli orqan statusu verilmiş publik hüquqi şəxsdir. Ötən müddət ərzində Azərbaycanda akkreditasiya nəticələrinin beynəlxalq tanınmasına nail olmaq üçün mərkəz Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarus Dövlət Akkreditasiya Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb. Bundan əlavə, Mərkəzi İsrailin Laboratoriyaların Akkreditasiyası Orqanı və Gürcüstan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması təklifini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti