...

"Unibank" dollar istiqrazları buraxıb

İqtisadiyyat Materials 18 Dekabr 2017 14:14 (UTC +04:00)
"Unibank"ın istiqrazları Bakı Fond Birjasında (BFB) listinqə qəbul edilib.
"Unibank" dollar istiqrazları buraxıb

Bakı. Trend:

"Unibank"ın istiqrazları Bakı Fond Birjasında (BFB) listinqə qəbul edilib.

BFB-dən Trend-ə verilən məlumata görə, bu gün BFB-nin Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ2011002022

faizli sənədsiz adlı təmin edilməmiş istiqraz

"Unibank Kommersiya Bankı”

ASC

1.000 (ədəd)

10.000 USD

standart

Nominal dəyəri 10 mln. dollar olan istiqrazların tədavül müddəti 6 ildir və illik gəlirlik dərəcəsi 6%-dir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti