...

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna dəyişiklik edilməsi haqqında qərar qəbul edib

İqtisadiyyat Materials 3 Mart 2018 00:39 (UTC +04:00)
Nazirləri Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna dəyişiklik edilməsi haqqında qərar qəbul edib

Bakı. Trend:

Nazirləri Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Qərarı baş nazir Artur Rasi-zadə tərəfindən imzalayıb.

Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarı (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1055; 2013, № 1, maddə 75; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 651) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti