...

“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq edib (FOTO)

İqtisadiyyat Materials 11 May 2018 14:42 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırıb.
“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq edib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırıb. Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

“Azərbaycan Hava Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, hava hərəkətinin idarə edilməsi sahəsində qlobal konsepsiyaya müvafiq olaraq “AIM” yeni aeronaviqasiya məlumatının idarəetmə sistemi SWIM – System Wide Information Management konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir. SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat , eləcə də müşahidə, hava gəmilərinin axınının və hava məkanının buraxılış qabiliyyətinin məlumatı mübadiləsinə köməklik edir. Bu cür yanaşma hava hərəkətinin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istifadəçiləri arasında birbaşa mübadiləni təmin edir.

“Müasir mülki aviasiya vaxtında təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumatı olmadan mümkün deyil. Prezident İlham Əliyevin dəstəyi sayəsində "Azərbaycan Hava Yolları" bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatının ilkin mənbədən son istifadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir. Bu, öz növbəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatının təmin edilməsində vacib olan məlumatın işlənib hazırlanması prosesini sürətləndirəcək”, – deyə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev qeyd edib.

“Aeronaviqasiya” bu sahədə son texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə digər hava hərəkəti idarəetmə mərkəzləri ilə əməkdaşlıq etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti