...

İranlı nazir: Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir

İqtisadiyyat Materials 9 Avqust 2018 20:10 (UTC +04:00)
Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir.
İranlı nazir: Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir

Bakı. İlkin Şəfiyev - Trend:

Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.

Nazir əlavə edib ki, Azərbaycan-İran sərhəd keçid məntəqələri 24 saat fasiləsiz işləyir. Keçən il sərhəd keçid məntəqələrindən təxminən bir milyon insan keçib:

"İranın cari maliyyə ili ərzində bu göstəricinin artmasını gözləyirik".

Bundan əvvəl A.Axundi qeyd etmişdi ki, il ərzində iki tərəfdən 180 min yük maşını sərhədi keçib ki, bu da Azərbaycanla İran arasında ticarət əlaqələrinin inkişafının göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti