Bakı. Elnur Bağışov - Trend:
Azərbaycanın dəmir yolunun İranın Ərdəbil vilayəti Parsabad rayonuna (Şəhristan) birləşdirilməsi istiqamətində Azərbaycan rəsmiləri ilə razılığa gəlinib.
Trend-in məlumatına görə, bunu İranın şimal-şərqində yerləşən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.
Ə.Behnamcunun sözlərinə görə, Azərbaycan dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün təxminən 500 hektar ərazi ayrılması nəzərdə tutulub.
Ərdəbil-Parsabad dəmir yolunun çəkilməsi üzrə araşdırmaların 7 ay davam edəcəyini deyən vali qeyd edib ki, vəsaitin təmin olunması üçün lazımi addımlar atılıb və Ərdəbil-Parsabad dəmir yolu layihəsinin 4-5 il ərzində çəkilməsinə səy göstərilir.