...

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib

İqtisadiyyat Materials 8 May 2019 15:16 (UTC +04:00)
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) yeni tərkibi genişləndirilib.
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib

Bakı. Trend:

3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) yeni tərkibi genişləndirilib.

Belə ki, Komissiyanın tərkibinə – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti