...

Hesablama Palatasının sədri: İqtisadi artımın təqribən 81 faizi qeyri-neft sektoru hesabına təmin olunub

İqtisadiyyat Materials 31 May 2019 13:00 (UTC +04:00)
Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur.
Hesablama Palatasının sədri: İqtisadi artımın təqribən 81 faizi qeyri-neft sektoru hesabına təmin olunub

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı deyib.

V.Gülməmmədov vurğulayıb ki, neftin qiymətində kəskin azalmalardan sonra devalvasiya dalğası və iqtisadi artım templərində ciddi tərəddüdlər izlənsə də, neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi stabilliyin bərpası istiqamətində müsbət meyillər üçün münbit şərait formalaşdırıb:

“İqtisadiyyatda faktiki yaradılmış ümumidaxili məhsulun nominal həcmi 79.8 milyard manat olub, real ifadədə artım 1.4 faiz təşkil edib, proqnozlara əsasən ümumidaxili məhsulun real artımı tamamilə qeyri-neft sektoru əsasında reallaşdırılacağı gözlənilib və bu gözləntilər özünü doğruldub. Belə ki, iqtisadi artımın təqribən 81 faizi qeyri-neft sektoru hesabına təmin olunub. 2018-ci ilin dövlət büdcəsi milli valyutanın stabil kursu şəraitində icra olunub. Manatın stabil dinamika nümayiş etdirməsi nominal effektiv məzənnənin möhkəmlənməsi ilə nəticələnib”.

Palata sədri qeyd edib ki, münbit makroiqtisadi meyillər dövlət büdcəsinin uğurlu icrasına real şərait formalaşdırıb: “Belə ki, dövlət büdcəsinin gəlir və xərclərinin icrası son yeddi ilə ən yüksək artım tempi nümayiş etdirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti