...

Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir (FOTO)

İqtisadiyyat Materials 15 İyul 2019 17:38 (UTC +04:00)
KOBİA BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dəstək məqsədilə BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, bu təlimlər regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların öz fərdi təsərrüfatlarında keçirilir. Təlimlərin fərdi təsərrüfatlarda təşkil edilməsinin başlıca üstünlüyü sahibkarlar üçün daha faydalı və praktik olması, eləcə də təsərrüfatın düzgün idarə edilməsi, mövcud resurslardan daha səmərəli istifadə, planlaşdırma, məhsuldarlığın artırılması kimi məsələlərlə bağlı yerindəcə tətbiqi biliklərə yiyələnmək imkanının yaradılmasıdır.

Yevlax, Ağdaş və Tovuz rayonlarında istixana təsərrüfatı, toxum istehsalı, heyvandarlıq və meyvəçiliklə məşğul olan KOB-lar üçün təşkil olunmuş təlimlər artıq başa çatıb. Hazırda təlimlər ölkənin digər rayonlarında davam etdirilir.

Təlimləri uğurla başa vuran və əldə etdiyi bilikləri fərdi təsərrüfatlarında tətbiq edən KOB-lara sertifikatlar veriləcək.

KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə reallaşdırılan və “Ekvita” şirkətinin ekspertləri tərəfindən həyata keçirilən təlimlər üç istiqamətdə - əməyin mühafizəsi, keyfiyyətin qiymətləndirilməsi və maliyyənin idarə edilməsi sahələrində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti