...

2019-cu ilin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

İqtisadiyyat Materials 8 Oktyabr 2019 09:52 (UTC +04:00)
Rüb ərzində 55 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
2019-cu ilin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Bakı. Trend:

2019-cu ilin III rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 74 icazə verilib. Bu icazələrdən 62-i ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Rüb ərzində 55 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə 2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 160 icazə verilib. Bunlardan 131-i ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixrac nəzarətinə düşən malların ixracı, 25-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Hesabat dövründə 131 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti