...

Səfər Mehdiyev: 500 mln. dollarlıq qaçaqmalçılığın qarşısı alınıb

İqtisadiyyat Materials 20 Dekabr 2019 11:35 (UTC +04:00)
Gömrük xidmətində aparılan sağlamlaşdırmanın nəticəsində qaçaqmalçılıq malların qarsışı alınıb.
Səfər Mehdiyev: 500 mln. dollarlıq qaçaqmalçılığın qarşısı alınıb

Bakı. Elçin Mehdiyev – Trend:

Gömrük xidmətində aparılan sağlamlaşdırmanın nəticəsində qaçaqmalçılığın qarsışı alınıb. Ümumilikdə 500 milyon dollar həcmində qaçaqmalçılıq faktı ilə aşkarlanmış mallar götürülüb.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda deyib.

O qeyd edib ki, bu malların əsas hissəsini narkotik vasitələr təşkil edib.

O bildirib ki, aparılan islahatların Dövlət Gömrük Komitəsi üzərinə düşən missiyanı həyata keçirməkdə israrlı olmasını və eyni zamanda buna qadir olduğumuzu sübut edir.

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti