...

“Airbus” ABŞ-ın rüsumları qaldırmaq qərarına münasibət bildirdi

İqtisadiyyat Materials 15 Fevral 2020 08:14 (UTC +04:00)
"Airbus Aircraft" korporasiyası ABŞ hökumətinin Avropa təyyarələrinə idxal rüsumlarının artırması qərarının bu ölkənin avia şirkətlərinə zərər verəcəyini hesab edir
“Airbus” ABŞ-ın rüsumları qaldırmaq qərarına münasibət bildirdi

Bakı. Trend:

"Airbus Aircraft" korporasiyası ABŞ hökumətinin Avropa təyyarələrinə idxal rüsumlarının artırması qərarının bu ölkənin avia şirkətlərinə zərər verəcəyini hesab edir.

Trend-in məlumatına görə, bu barədə "Airbus Aircraft" şirkətinin açıqlamasında bildirilib.

Açıqlamada deyilir: "Qərar qəbul olunanda Amerika avia şirkətlərinin müraciətləri nəzərə alınmayıb və nəticədə, ABŞ sərnişinləri qiymət artımını ödəməyə məcbur olacaqlar”.

Ümumdünya Ticarət Təşkilatının 2019-cu ilin oktyabr ayının əvvəlində keçirdiyi arbitraj, Avropa Birliyinin "Airbus"a veriləsi subsidiyalarla əlaqədar qurumun qəbul etdiyi qərarlara əməl etməməsi səbəbindən ABŞ hakimiyyətinə Avropa İttifaqı ölkələrinə dair təxminən 7.5 milyard dollar tarif tətbiq etməyə icazə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti