...

Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama

İqtisadiyyat Materials 13 Mart 2020 11:37 (UTC +04:00)
Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama

Bakı. Trend:

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin markalar Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir.

Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq “Premium Euro-95” və “Super Euro-98” benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır.

Ona görə də dünya bazarlarında nefti ucuzlaşması ilə əlaqədar həmin markaların Azərbaycana tədarükü daha ucuz başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti