...

Azərbaycan Türkiyədən elektrik avadanlıqları idxalını artırıb

İqtisadiyyat Materials 17 Aprel 2020 09:38 (UTC +04:00)
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,53 faiz artaraq 38,857 milyon dollar təşkil edib
Azərbaycan Türkiyədən elektrik avadanlıqları idxalını artırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,53 faiz artaraq 38,857 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin martında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin martı ilə müqayisədə 3,12 faiz azalıb və 13,183 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalaraq 2,52 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 5,9 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti