...

Mart ayında Türkiyəyə gedən iranlı turistlərin sayı kəskin azalıb

İqtisadiyyat Materials 2 May 2020 09:42 (UTC +04:00)
2020-ci ilin martında Türkiyəyə 1 974 İran turisti səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 99,18 azdır
Mart ayında Türkiyəyə gedən iranlı turistlərin sayı kəskin azalıb

Bakı. Trend:

2020-ci ilin martında Türkiyəyə 1 974 iranlı turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 99,18 azdır.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyəyə gələn turistlər arasında iranlı turistlərin payı 0,27 faiz təşkil edib.

Hesabata əsasən, 2020-ci ilin yanvar-mart aylarında Türkiyəyə 220 048 iranlı turist səfər edib, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 50,78 faiz azdır.

Yanvar-mart aylarında Türkiyəyə gələn turistlər arasında iranlı turistlərin payı 5,19 faiz təşkil edib.

2020-ci ilin martında Türkiyəyə 718 097 turist səfər edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 67,83 faiz azdır.

Yanvar-mart aylarında Türkiyəyə 4 238 644 turist səfər edib. Bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 22,11 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti