...

Bakının bu ərazilərində mənzillər qeydiyyata alınır: Çıxarış veriləcək

İqtisadiyyat Materials 27 İyul 2020 13:43 (UTC +04:00)
Bakının bu ərazilərində mənzillər qeydiyyata alınır: Çıxarış veriləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir.

Trend-in məlumatına görə, «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, iyul 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.

İyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti