...

Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verildi (FOTO)

İqtisadiyyat Materials 4 Avqust 2020 09:28 (UTC +04:00)
Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verildi (FOTO)

Bakı. Trend:

31 iyul 2020-ci il tarixində “Azpetrol” şirkətinin Bakı şəhərinin Nizami rayonunda sayca 93-cü YDM-i açıldı.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni YDM “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə açılmışdır.

Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib.

YDM-in istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Onu da bildiririk ki, yeni yanacaqdoldurma məntəqəsində 48 nəfər daimi işlə təmin edilib.

Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif korporativ hədiyyələr verilib.

Gələn il həmin YDM-in yanında tikilən “Azpetrol”un “Hotel SPA & Fitness” mərkəzi istifadəyə veriləcək.

Azpetrol – daim inkişafa doğru!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti