...

Ermənistan iqtisadiyyatı kəskin azalacaq - BVF

İqtisadiyyat Materials 15 Oktyabr 2020 12:44 (UTC +04:00)
Ermənistan iqtisadiyyatı kəskin azalacaq - BVF

Bakı. Trend:

2020-ci ilin yekunlarına əsasən Ermənistanın ümumi daxili məhsulu 4,5 faiz azalacaq.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatında qeyd olunur.

Aprel ayında bu proqnoz 1,5 faizə bərabər idi.

Bundan başqa, BVF Ermənistanda işsizlik səviyyəsinin 22,3 faizə çatacağını proqnozlaşdırıb. Beləliklə, Ermənistanda hər 5 nəfərdən biri işsiz hesab olunacaq. Bundan əvvəlki proqnoz 19 faiz səviyyəsində idi. Ötən il ölkədə işsizlik səviyyəsi 18,9 faizə çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti