Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 39,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel azdır.