Bakı. Trend:
Avropa İttifaqı və Böyük Britaniyanın nümayəndələri Birləşmiş Krallığın "Brexit"dən çıxmasından sonra sərbəst ticarət razılaşması barədə razılıq əldə edə bilməyiblər, məsləhətləşmələr dayandırılıb, bundan sonrakı addımlara dair qərar britaniyalı Baş nazir və Avropa Komissiyasının rəhbəri tərəfindən veriləcək.
Trend TASS-a istinadən xəbər verir ki, Aİ-nin "Brexit" üzrə baş nümayəndəsi Mişel Barnye bu barədə "Twitter"ində məlumat yayıb.
“Bir həftə davam edən intensiv məsləhətləşmələrdən sonra Devid Frost (Britaniya təmsilçisi) və mən razılaşdıq ki, balıqçılıq, dövlət tənzimləmələri və ticarət qaydaları ilə bağlı ciddi fikir ayrılıqları səbəbindən müqavilənin şərtləri yerinə yetirilməyib. Ursula von der Leyen (Avropa Komissiyasının sədri) və Baş nazir Conson vəziyyəti şənbə günü günortadan sonra müzakirə edəcəklər”, - Barnye bildirib.