...

Azərbaycanın vahid büdcə təsnifatında dəyişiklik edilib

İqtisadiyyat Materials 16 Dekabr 2020 16:48 (UTC +04:00)
Azərbaycanın vahid büdcə təsnifatında dəyişiklik edilib

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, dəyişiklik “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən və bir sıra daxilolmaların uçotunun təkmilləşdirilməsi məqsədilə edilib.

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilir:

- Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə gəlirlərinin təsnifatı” üzrə:
“1.2.0.0.0.0” bölməsində “Sosial ayırmalar” sözləri “Sosial
və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilir;
- “1.2.3.4.0.0”, “1.2.3.5.0.0” və “1.4.3.8.0.0” paraqrafları ləğv
edilir;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti