...

Daha 18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 27 Avqust 2021 11:13 (UTC +04:00)
Daha 18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Bakı. Çingiz Səfərli - Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 26-da qida məhsulları sahəsində fəaliyyət göstərən 18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti