...

Bakıda sənaye məhsullarının və xidmətlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 1 Oktyabr 2021 19:07 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-avqust aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26,0 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,6 faizi emal, 2,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,7 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2021-ci il vəziyyətinə 301,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 73,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti