...

Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb

İqtisadiyyat Materials 22 Oktyabr 2021 19:35 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

30 sentyabr 2021-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 34 milyard 526.5 mln. manat, cəmi öhdəlikləri 29 milyard 655.2 mln. manat, balans kapitalı isə 4 milyard 871.3 mln. manat olub.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

İlin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.7%, 8.4% və 3.7% artıb. Cəmi aktivlərin 45%-i kredit portfelindən ibarətdir. Kredit portfelinin artım trendi sentyabr ayında da davam edib.

Bankların kredit portfeli hesabat ayında 2.2% (331.9 mln. manat) artaraq 15 milyard 538.7 mln. manat olub. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9.8% artıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 79.8%-i). Bankların depozit portfeli sentyabr ayında 4% (900.3 mln. manat) artıb (ilin əvvəlindən 14.1% artım).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti