Bakı. Sədrəddin Ağcayev - Trend:
Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verib.
Trend-in məlumatına görə, bu barədə qurumun saytında bildirilib.
Məlumata əsasən, sözügedən 16 müəssisə noyabrın 1-dən başlayaraq bu ölkəyə pomidor ixrac edə biləcəklər.
Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelin 1-dək dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünü davam etdirəcək və bu tarixdən sonra konteyner daşımalarına keçid nəzərdə tutulur.
Twitter: agdzhaev