...

Gələn il orta aylıq əmək haqqının 807 manata çatacağı gözlənilir - Musa Quliyev

İqtisadiyyat Materials 17 Noyabr 2021 11:12 (UTC +04:00)
Gələn il orta aylıq əmək haqqının 807 manata çatacağı gözlənilir - Musa Quliyev

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bu il orta aylıq əmək haqqının 742 manata, növbəti ildə isə 807 manata çatacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

M.Quliyev bildirib ki, fonda ayrılan vəsaitin 96.7 faizini əhaliyə ödənişər təşkil edəcək: “Bu isə 5.2 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2021-ci ildə 331 manat, 2022-ci ildə isə 345 manat olacağı proqnozlaşdırılır”, - deyə M.Quliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti