...

Satış yarmarkalarının təşkili, daşınma və ticarət şəbəkələrinə daxilolma xərcləri optimallaşdırılacaq

İqtisadiyyat Materials 21 Fevral 2022 19:20 (UTC +04:00)
Satış yarmarkalarının təşkili, daşınma və ticarət şəbəkələrinə daxilolma xərcləri optimallaşdırılacaq

Bakı. Trend:

Satış yarmarkalarının təşkili, daşınma-logistik və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılmasına dair tapşırıqlar verilib.

Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini tapıb.

Sərəncama əsasən, hökumətin müvafiq qurumlarına tapşırıq verilib ki, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsünlər.

Eyni zamanda, yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə təklifləri hazırlayıb on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti