...

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Mart 2022 15:49 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 milyard 339,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.

Trend-in məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və ya 73,5 faizi məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı (17,9 faizi) xidmət sahələrinə, 114,8 milyon manatı (8,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 815,9 milyon manatı və ya 60,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75,0 faiz, büdcə vəsaitləri 10,4 faiz, əhalinin şəxsi vəsaitləri 9,4 faiz, sair vəsaitlər 4,7 faiz, bank kreditləri isə 0,5 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti