...

"AmCham" Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı planlaşdırır - Nərgiz Nəsrullayeva

İqtisadiyyat Materials 22 Mart 2022 08:37 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı planlaşdırır.

Bunu Trend-ə müsahibəsində "AmCham"ın prezidenti Nərgiz Nəsrullayeva deyib.

Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanda biznes mühitinin inkişafı, dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

"Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu nəzərə alaraq, biz bu sahənin təkmilləşdirilməsi istiqamətində intensiv işləməyi və Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar cəlb etməyi planlaşdırırıq", - deyə N.Nəsrullayeva bildirib.

"AmCham"ın prezidenti qeyd edib ki, həmçinin, palatanın siyasəti və korporativ sosial məsuliyyəti çərçivəsində təhsil sahəsində bir sıra yeni layihələrin həyata keçirilməsi, iqtisadiyyatın drayveri olan kiçik və orta biznesin inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti