Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması prosesi sürətlə davam edir və bu məsələyə böyük diqqət ayrılır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, agentlik son illərdə qida təhlükəsizliyinin təmin olunması sahəsində və Azərbaycanın ixrac potensialının artmasında böyük uğurlara nail olub.
Agentlik sədri bildirib ki, 2021-ci ildə kənd təsərrüfatı fəaliyyətinin gücləndirilməsi üzrə layihə çərçivəsində kənd təsərrüfatı heyvanlarının elekton eyniləşdirilməsinə start verilib.
"Bu, heyvanların sağlamlığı və qidalanma keyfiyyəti üzərində nəzarəti təmin etməyə imkan verdi. Bununla da biz bazara tədarük olunan məhsulun keyfiyyətini artıra bilərik. Bu layihə bu günədək Bakı və Sumqayıtda reallaşdırılıb", - Q.Təhməzli deyib.
O əlavə edib ki, Azərbaycanda qida məhsullarının idxal və ixracına ciddi nəzarət olunur.
"Bu, qida sənayesində biznesin şəffaflığı və səmərəliliyinin təmin olunmasına imkan verəcək", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)