...

“FINCA Azerbaıjan” 2022-ci ilin 1-ci rübündə yaxşı nəticələr göstərib

İqtisadiyyat Materials 10 May 2022 17:34 (UTC +04:00)
“FINCA Azerbaıjan” 2022-ci ilin 1-ci rübündə yaxşı nəticələr göstərib

Bakı. Trend:

Ölkənin müxtəlif regionlarında mikro və kiçik biznes müştərilərinə göstərdiyi maliyyə xidmətləri ilə tanınan “FINCA Azerbaijan” təşkilatı 2022-ci ilin 1-ci rübünü ötən ilin eyni dövrü ilə müqayisədə 24% xalis gəlir artımı ilə başa vurub. Birinci rübün nəticələri də ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın bu aparıcı mikromaliyyə təşkilatının kredit portfelinin 22% artdığını göstərir.

Təşkilatın baş direktoru Timoti Tarrantın sözlərinə görə, bu sürətli bərpa öz bizneslərini şaxələndirə bilən və koronavirus (COVID-19) pandemiyasından təsirlənən sektor gəlirlərindən asılılığını azalda bilən FINCA Azerbaijan müştərilərinin davamlılığını nümayiş etdirir.

"Biz hesab edirik ki, kənd təsərrüfatı sektorunda əhəmiyyətli uzunmüddətli məhdudiyyətlərin olmaması regionlarda yaşayan müştərilərimizə pandemiyanın yaratdığı problemləri daha tez aradan qaldırmağa imkan verdi" deyə T. Tarrant vurğulayıb.

Aztəminatlı şəxslərə və icmalara öz gələcəklərinə sərmayə qoymağa imkan verən innovativ və təsirli maliyyə xidmətlərini məsuliyyətlə təqdim edən qlobal şəbəkənin bir hissəsi olan “FINCA Azerbaijan” 2021-ci ildə 6 filialın açılmasına nail olaraq onların sayını 22 filiala çatdırıb və cari il ərzində regionlarda kənd tərərrüfatı və bizneslə məşğul olan şəxslərin maliyyə xidmətlərinə daha yaxşı çıxışını təmin etmək üçün 6 yeni filialın açılması planlaşdırır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid olan 18 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün www.finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti