...

Azərbaycan bankları ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq böyük önəm daşıyır - Elnur Əliyev

İqtisadiyyat Materials 24 İyun 2022 11:44 (UTC +04:00)
Azərbaycan bankları ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq böyük önəm daşıyır - Elnur Əliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pandemiyanın təsirləri, həmçinin regionda münaqişələrin mövcudluğu, ərzaq təhlükəsizliyi kimi çətinliklər var. Dünyada tədarük zəncirinin pozulması nəticəsində bir çox məhsulların qiyməti artıb, inflyasiya problemləri mövcuddur.

Trend-in məlumatına görə, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

O qeyd edib ki, bütün bunlar əks tədbirləri tələb edir ki, bu əks tədbirlər dövlət və özəl sektor arasında, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın gücləndirilməsini tələb edir.

Nazir müavini bildirib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının investisiya portfelinin geniş olması böyük əməkdaşlıq imkanları yaradır. “Azərbaycanda fəaliyyət göstərən banklarla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlıq çox böyük önəm daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti