Bakı. Trend:
Bu ilin may ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrə ixacı keçən ilin eyni ayına görə 23,3 faiz artaraq, 4,6 milyard dollar olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirblər ki, bu il yanvar-may aylarında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrə ixracatı, keçən ilin eyni dövrünə görə 18,1 fazi artaraq, 25,9 milyard dollar olub.
Nazirlikdən verilən məlumata görə, bu ilin may ayında Türkiyə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən 3,6 milyard dollarlıq mal idxal edib ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 67,2 faiz çoxdur.
“Bu ilin yanvar-may aylarında Türkiyə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən 16,4 milyard dollar dəyərində mal idaxl edib ki, bu da keçən ilin eyni dövrünə nəzərən 39,8 faiz çoxdur” - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, 2022-ci ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48,6 milyard dollar təşkil edib.
Türkiyənin ixracatı 2021-ci ilin may ayı ilə müqayisədə 15,3 faiz artaraq 19,98 milyard dollar, idxalı isə 43,5 faiz artaraq 29,6 milyard dollar təşkil edib.
Bu ilin, yanvar-may aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 248,1 milyard dollar olub.
Türkiyənin yanvar-may aylarında ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artaraq 102,5 milyard dollar olub.
Bu dövrdə Türkiyənin itxalı isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz artaraq 145,7 milyard dollara çatıb.
Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi 496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı 271,424 milyard dollar təşkil edib.