...

Sabunçuda Asif Əsədullayev küçəsi təmir olunur (FOTO/VİDEO)

İqtisadiyyat Materials 19 İyul 2022 15:30 (UTC +04:00)

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunda Asif Əsədullayev küçəsinin təmiri həyata keçirilir.

Küçənin uzunluğu 1100, eni ortalama 10 metrdir.

Aparılan təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçəboyu 2000 p/m piyada səkiləri yenilənib. Hazırda ərazidə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq küçənin 600 metrlik hissəsində asfalt örtüyünün birinci qatının vurulması işləri yekunlaşıb.

Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Qeyd edək ki, cari il ərzində Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti