Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində avqustun 1-də Daşkənddə Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının 11-ci iclası baş tutacaq.
Trend bu barədə Özbəkistan diplomatik mənbələrinə istinadən məlumat verir.
Azərbaycan tərəfdən iclasa iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Özbəkistan tərəfdən investisiyalar və xarici ticarət naziri Jamşid Xocayevin sədrlik edəcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 2-də Azərbaycan, Özbəkistan və Türkiyə arasında üçtərəfli bəyannamənin imzalanması planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)