...

Bu ilin 6 ayı üzrə Azərbaycanın iqtisadi göstəriciləri qənaətbəxşdir - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 25 İyul 2022 23:04 (UTC +04:00)
Bu ilin 6 ayı üzrə Azərbaycanın iqtisadi göstəriciləri qənaətbəxşdir - Mikayıl Cabbarov

Bakı. Trend:

Bu ilin 6 ayı üzrə Azərbaycanın iqtisadi göstəriciləri qənaətbəxşdir.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.

"İqtisadiyyatın 6 faizdən çox, qeyri-neft sektorunun 9,6 faiz artımı sağlam iqtisadi artımdan xəbər verir. Dünyanın bir çox ölkələrində bu il iqtisadi artımın aşağı düşəcəyi proqnozlaşdırıldığı halda, bütün aparıcı reytinq agentlikləri Azərbaycanın bu ilin birinci yarısının iqtisadi göstəricilərinə əsaslanaraq öz proqnozlarını artırırlar", - deyə nazir bildirib.

İqtisadi artımı təmin edən amillərdən danışan M.Cabbarov qeyd edib ki, ilk növbədə, COVID-19 pandemiyası dövründə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilib.

"Əsas məqsəd müəssisələrin fəaliyyətinin davam etdirilməsi, iş yerlərinin qorunub saxlanılması və iqtisadi strukturun bütövlüyünün təmin edilməsi idi. İkincisi, biz iqtisadi və struktur islahatlarının nəticələrini görürük. Üçüncüsü, bu, dövlət müəssisələrinin idarə edilməsində səmərəliliklə bağlıdır. Digər amil davamlı olaraq inkişaf edən biznes mühitidir. Nəhayət, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında mühüm rol oynamaqda davam edir. Bildiyiniz kimi, 2022-ci ildə dünya birjalarında neftin və qazın qiymətində artım olub", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti