...

Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 30 milyon manata yaxın subsidiya ödənilib

İqtisadiyyat Materials 27 İyul 2022 12:09 (UTC +04:00)
Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 30 milyon manata yaxın subsidiya ödənilib

Bakı. Trend:

Bir il ərzində zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 30 milyon manata yaxın subsidiya ödənilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2020-ci il iyun ayından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. manat subsidiya ödənilib", - M.Cabbarov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti