...

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

İqtisadiyyat Materials 28 Oktyabr 2022 13:32 (UTC +04:00)
“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, iclasda komitə sədri Tahir Mirkişili, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, deputatlar və digər qonaqlar işirak edib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti