...

Adana Beynəlxalq Hava Limanının yük dövriyyəsi 40 mindən çox artıb

İqtisadiyyat Materials 13 Dekabr 2022 13:40 (UTC +04:00)
Adana Beynəlxalq Hava Limanının yük dövriyyəsi 40 mindən çox artıb

Bakı. Trend:

2022-ci ilin noyabr ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 15 faiz artaraq, 3 milyon 558 min 598 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 9 faiz artaraq 2 milyon 965 min 183 nəfər, beynəlxalq reyslər üzrə isə 56 faiz artaraq 593 min 415 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 41 min 504 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 30 min 599 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 10 min 906 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 40 min 806 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 16 faiz artaraq 34 min 821, beynəlxalq reyslər üzrə isə 60 faiz artaraq 5 min 985 olub.

2022-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 169 milyon 74 min 811 nəfər, yük dövriyyəsi isə 3 milyon 699 min 811 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti