...

TuranBank “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib (FOTO)

İqtisadiyyat Materials 26 Dekabr 2022 12:07 (UTC +04:00)

Bakı. Trend:

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank Yeni il bayramı münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.

Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində TuranBank əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Bank Quba şəhəri və Xaçmaz rayonunun Köhnə Xaçmaz, Gülalan kəndlərinin kiçik sakinlərini sevindirmişdir.

Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan TuranBank “ASAN Könüllüləri” Təşkilatı və "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bundan sonra da TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələri, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti